Aktrisa pərəstişkarlarını heyrətləndirdi - foto
Elnarə imicini dəyişdi - foto
 "Мисс Россия 2003" gözəli Bakıya gəldi - foto
Aktrisa  küçədə şiddətə məruz qaldı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Samir Bağırov səhnəyə qayıtdı: "Aygün Kazımova ilə yeni duet oxumağı düşünürəm" - eksklüziv

19-05-2018


Çoxdandır səsi-sorağı gəlməyən müğənni Samir Bağırov MUZ TV Azərbaycan kanalının kamerası qarşısına keçib.

Muztv.az xəbər verir ki, müğənni ikiillik sükütdan sonra yenidən səhnəyə qayıdıb. Fərqli ifa tərzi və görünüşü ilə seçilən Samir sənətinə qaldığı yerdən davam etdiyini bildirib:

“Bir az fasilə oldu. Bəlkə də, belə olmalı idi. Amma əsas odur ki, indi mən buradayam”.

O, bu illər ərzində heç də boş oturmadığını, gündəmdən heç vaxt düşməyəcəyini iddia edib:

“Hazırda yeni mahnılar üzərində işləyirəm. Tezliklə qulaq asacaqsınız”.

Uzun illərdir Xalq Artisti Aygün Kazımova ilə dostluq edən müğənni həmkarı ilə yeni duetə imza atmağı düşünür:

“Yeni duet hazırlamağı planlaşdırırıq. Hazırda iki solo mahnı üzərində çalışıram. Amma ondan sonra duet ola bilər”.

Bununla bağlı süjetə mayın 19-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Zöhrə Şirinova
 

491 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17








































16