Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video
Dilarə Amerikaya getmək istəyir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

"Bizim rejissorların “gözü" güclü deyil" - aparıcı nədən şikayətləndiyini açıqladı

18-05-2018


Aktyor kimi də fəaliyyət göstərən aparıcı Samir Bayramov Azərbaycanda ilk dəfə filmdə baş rolu canlandırdığını dilə gətirib.

Muztv.az xəbər verir ki, aparıcı "Muz Life" istedadlı insanın hər sahədə uğur qazana biləcəyini deyib:

“İstedadlı insan deyə anlayış var. Onlar hər sahədə elədir. Azərbaycanda ilk dəfə filmdə baş rolu özüm canlandırmışam. Onda heç bu qədər film çəkilmirdi və tələbat da güclü deyildi. Məni rejissorlar görəndə deyirlər ki, səni niyə çəkmirlər. Bir-iki dəvət gəlib alınmayıb”.

Aparıcı canlandırmaq istədiyi obrazlardan da söz açıb:

“Pis adam və psixoloji problemləri olan insan obrazını canlandıra bilərəm. Sadəcə bizim rejissorların “gözü" güclü deyil. Bizdə axtarıb, arayan xəyallarda olan rejissor yoxdur. Kimsə kiminsə dostudur, kimsə sponsor tapır. Ona görə də biz kənarda qalmışıq. Yaxşı rejissor olsa, göstərərəm ki, nə necə olur”.

Bununla bağlı süjetə mayın 18-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyeva


 

493 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17


15