Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video
Dilarə Amerikaya getmək istəyir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Türkiyənin sevilən sənətçisi Halil Sezai Bakıda “İsyan” etdi -  möhtəşəm konsertdən reportaj+foto

12-05-2018


Bakıda media nümayəndələri ilə görüşən Türkiyənin sevilən sənətçisi Halil Sezai “İsyan” adlı möhtəşəm konsert proqramı ilə çıxış edib.

Muztv.az xəbər verir ki, konfrans zamanı şəhərimizdə üçüncü dəfə qonaq olduğunu deyən sənətçi burada əyləncəli vaxt keçirdiyini dilə gətirib:

“On ildə artıq üçüncü dəfədir gəlmişəm. Bura gəldikdə həyəcan keçirdiyimiz yerdir. Qonaqpərvərlik çox gözəldir. Konsertlərimiz əyləncəli keçir. Bakının yeri bizim üçün ayrıdır”.

Hər zaman “slow” mahnılar ifa edən müğənni yaşadıqlarının ifalarına yansıdığını bildirib:

“Həyata hüzünlü tərəfindən baxıram, mən də istəmərəm belə mahnılar ifa etmək, əyləncəli mahnı ifa edim hamı əylənsin. Ancaq alınmır. Yaşadıqlarım mahnılarıma yansıyır.  Sözlər duyğularımın ifadəsidir”.

Sənətçi  “Elektra Events Hall”un səhnəsində azərbaycanlı müğəni Nuray Məhərov və türkiyəli sənətçi Hüsnü Şənləndirici ilə eyni səhnəni paylaşıb.

Gecədə ilk çıxışı Nuray Məhərov edib, daha sonra isə Halil Sezai sevilən ifalarını səsləndirib.
 
Türk repertuarına müraciət edən Nuray Məhərov çıxış zamanı həyəcanlı olmadığını dilə gətirib:

“Səhnədə olduğum zaman stressi, həyəcanı kənara qoyuram. Səhnədə həyəcan hiss etməmişəm. İlk bpyük konsert idi iştirak edirdim. Çalışdım yaxşı alınsın, inanıram ki insanlar da bəyəndi”.

Konsertin aparıcıları Samir Bayarmov ilə aktrisa Pərvin Abıyeva olub.

İlk dəfə aparıcı kimi səhnəyə çıxan Pərvin Abıyeva həyəcanlı olduğunu deyib:

“Bir neçə gün idi, həyəcanlı idim. Miktafona səhnəyə bələdəm, amma ilk çıxanda həyəcan oldu. İfalar mənim tərzimdə deyil, ona görə biraz sakit oturmuşam".

Sezaini dinləməyə gələn Natavan Həbibi müğənninin ifasını bəyəndiyini vurğulayıb.

Bununla bağlı süjetə mayın 12-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyeva















524 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17


15