Castin Biber həmkarına dəstək verdi
"Həyatımda heç kim yoxdur" - müğənni
Serialın aktyoru xanımından boşandı
Samir Cavadzadə yeni mahnı oxuyacaq

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Bakıda “Sevdiyim” layihəsinin uğurlu təqdimatından reportaj

12-05-2018


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Sevdiyim” layihəsinin təqdimat mərasimi keçirilib.

Muztv.az xəbər verir ki, Bakıda baş tutan tədbirdə dramaturq Cəfər Cabbarlının “Sevdiyim” şeiri əsasında hazırlanmış və  yüzillik tariximizin əks olunduğu klip təqdim olunub.

Əsərin bəstəkarı və ifaçısı respublikanın Əməkdar Artisti Tünzalə Ağayeva, klipin rejissoru isə Ülviyyə Könüldür. Hər iki şəxs kamera qarşısına keçərək klipin ərsəyə gəlməsindən söhbət açıblar.

Tünzalə Ağayev möhtəşəm bir layihə ərsəyə gətirdiklərini dilə gətirib:

“Bir neçə il öncə Cəfər Cabbarlının şeirinə əsər yazdım. Şeirdə böyük bir vətən sevgisi var. Musiqisi mənə aiddir. Gözəl bir heyət çalışıb. Çox xoşbəxtəm ki, tariximizə, mədəniyyətimizə, musiqimizə töhvə vermiş oluruq”.

Ülviyyə Könül ekran işində peşəkarların çalışdığını vurğulayıb:

“Tünzalə xanıma təşəkkürümü bildirirəm. Burada peşəkar işçilər çalışıblar. Tarixə nəzər salmışıq, geyimlər, əşyalar xüsusi seçilib. Əminəm ki, hər kəs bəyənəcək”.

Bununla bağlı süjetə mayın 12-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyeva

626 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Fevral








































21 Fevral