Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video
Dilarə Amerikaya getmək istəyir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

"Konsert vermək hər müğənniyə nəsib olmur" - Nura Suri həmkarı Röya Ayxana həsəd apardı

14-05-2018


Səhnəmizin cazibədar müğənnisi Nura Suri konsert verməməsinin səbəbini açıqlayıb.

Muztv.az xəbər verir ki, sənətçi həmkarı Röya Ayxanın komandası kimi güclü heyətə sahib olmadığını etiraf edib:

“Mənim Röyanın komandası kimi komandam yoxdur. Konsert vermək hər müğənniyə nəsib olmur. İnsanın ətrafında güclü komandası olmalıdır. Mənim də, yanımda Kənan, Vüsal kimi  insanlar olsaydı, mən də bir neçə konsert verərdim”.

Sadəlik nümayiş etdirib sözün düzünü deyən Nura hələlik pərəstişkarlarını başına toplamağa hazır olmadığını bildirib:

"Mən həmişə sözün düşünü deyirəm. Deyirlər ki, filan müğənni konsert təşkil etmədi. Heç kim özünü onun yerinə qoymur. Konsert vermək üçün təkcə vəsait yox, həm də əmək sərf etmək lazımdır. Vaxtını itirirsən, məşqlər edirsən. Bütün bunların arxasında böyük bir komanda dayanır”.

N.Suri oğlu Daviddən də danışıb: “Oğlum həftənin beş günü məktəbdə olur. Amma şənbə və bazar çalışıram ki, onunla çox vaxt keçirim. Evdə dayəsi ilə qalmasını istəmədim. Bura öz istəyi ilə gəldi”.

Bununla bağlı süjetə mayın 14-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Sevda Məmmədova

 

581 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17


15