Aktrisa pərəstişkarlarını heyrətləndirdi - foto
Elnarə imicini dəyişdi - foto
 "Мисс Россия 2003" gözəli Bakıya gəldi - foto
Aktrisa  küçədə şiddətə məruz qaldı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Nigar Camal çox istedadlıdır, ondan kinoda istifadə etmək lazımdır”- İslam Mehrəliyevin tövsiyəsi

11-05-2018


Son illərdə çəkilən bir çox yerli filmlərdə rol alan istedadlı aktyor İslam Mehrəliyev “Muz Life”a maraqlı açıqlama verib.

Muztv.az xəbər verir ki, o, Azərbaycanda dram janrında olan filmlərə çəkilmək istəmədiyini deyib:

“Yumor sahəsindən tanınmışam ona görə də dram janrında olan filmlərə çəkilmək istəmərəm. Səbəb də odur ki, məni Azərbaycanda elə qəbul etməyəcəklər. Bəlkə də Türkiyədə olar. Orda yeni sima kimi o qədər də tanınmıram. Ona görə də orda qəbul edə bilərlər ”.    

İslam Mehrəliyev ən uğurlu tərəf müqavillərinin adlarını çəkməkdən də boyun qaçırmayıb:

“Müşviq Şahverdiyev ilə ilk dəfə tərəf müqavili oldum, uğurlu da alındı. Fərda Amin, Elcan Rəsulov ilə oynamışam. Hələki yeni aktyorlardan kimlərlə eyni səhnəni paylaşıram gözəl alınır”.      

Xanım həmkarlarını doyunca tərifləyən aktyor ən çox müğənni Nigar Camalı önə çəkib. O, “Eurovision” qalibimizin yerli filmlərdə çox çəkilməsinin tərəfdarı olduğunu vurğulayıb:

 “Xanım həmkarlarımdan son zamanlar Oksana Rəsulova ilə “Bayram axşamı” filmində oynamışdım. Çətinlik çəkmədik, normal alındı. Daha sonra Pərvin Abıyeva ilə tərəf müqavili olmuşam. Nigar Camaldan elə rol gözləmirdim. Düzdür, azərbaycan dilində danışmağa çətinlik çəkirdi amma rolunu möhtəşəm oynadı. Orda onun elə hərəkətləri var ki, deyirlər montajdı amma elə montaj olar? Çox istedadlı insandır, onun kimi insanlardan həm kinoda, həm də musiqidə istifadə etmək lazımdır”.    

Xatırladaq ki, İslam Mehrəliyev  “Oğlan evi”, “Kəklikotu”, “Bayram axşamı”, “Yalnış anlama” və başqa filmlərdə çəkilib.

Bununla bağlı süjetə mayın 11-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva

436 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17








































16