Aktrisa özünə yeni sevgili tapdı
Aktrisa sevgilisi ilə nişanlandı - foto
Aktyor 74 yaşında vəfat etdi
Müğənnilər həmkarlarını tənqid etdilər

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Əxlaqsız adam əxlaqdan, rüşvətxor rüşvətdən dərs deyir” – Rasim Balayev rezonans doğurdu

07-05-2018


Xalq Artisti Rasim Balayevin bir neçə gün əvvəl verdiyi müsahibə zamanı söylədikləri gündəm yaratmaqla yanaşı, geniş rezonans da doğurub.

Muztv.az xəbər verir ki, tanınmış aktyor televiziya kanallarının efirindən incikliyinin səbəbini izah edib. O, buna görə televiziyalardan şikayətlənib, eləcə də efirə çıxan məşhurları sərt şəkildə tənqid edib:

“Bizim vaxtımızda efirə nümunəvi adamlar çıxırdı. Küçədən keçənlər efirə çıxa bilməzdi. Bu gün küçə adamları ekranlardadı. Əxlaqsız adam mənə əxlaqdan, rüşvətxor adam mənə rüşvətdən, ağılsız mənə ağıldan dərs deyir. Nə cürə geyinib səhnəyə, ekrana çıxırlar. Yaxşı, bunların öz yiyəsi, əri, qardaşı, bacısı yoxdur. Bəs bu televiziyanın sədri yoxdur?”.

Rasim Balayevin telekanallar və müğənnilər haqqında dediyi sözlərə məşhurlar da biganə qalmayıblar. Onlar İnstaqram səhifələrində sözügedən videonu paylaşaraq Xalq Artistinin fikirlərinə dəstək olublar: 

Gülbahar Şükürlü: “Çox sevdiyim əvəzsiz aktyor Rasim Balayev Allah sizə cansağlığı versin”.

Elnur Məmmədov: “Vallah düz deyirsiz, əvəzolunmaz sənətkar. Çox istəyərdim senzura olsun, televiziyalar düzəlsin, bayağılığa son qoyulsun. Heç olmasa televiziyaları qoruyaq. Musiqilərimizi bayağı musiqi kimi dünyaya tanıtmaqdansa, gəlin peşəkar və əvəzsiz musiqilərimizi tanıdaq. Qeyri-peşəkar, bayağı musiqiləri yox, ölçü götürülsün”.

Sevinc Musayeva: “Baxın, bunu böyük sənətkar dedi. Sonra deməyin ki, Sevinc, efirlərdə niyə az görünürsən? Dəfələrlə çağrıldığım verilişlərdən imtina etmişəm. Çünki savadsız və əxlaqsızlarla bir səhnəni paylaşmaq mənə yaraşmaz. Rasim Balayev, mənim demək istədiklərimi dediniz. Bəs bu telekanalların sədrləri yoxdur? Sədrlərin başı başqa şeylərə qarışıb.  
 
Bununla bağlı süjetə mayın 7-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
 
Lamiyə Balacayeva 

808 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Yanvar














































17 Yanvar