Aktrisa özünə yeni sevgili tapdı
Aktrisa sevgilisi ilə nişanlandı - foto
Aktyor 74 yaşında vəfat etdi
Müğənnilər həmkarlarını tənqid etdilər

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Mən muğam üzrə təhsil almışam, təəssüf ki, Nadir sənətimdən bixəbərdir” -  Lalə Məmmədova belə dedi  

04-05-2018


Əməkdar Artist Lalə Məmmədova media nümayəndələrini başına toplayaraq maraqlı məlumatlar verib.

Muztv.az xəbər verir ki, sənətçi öncə Türkiyənin “TRT Müzik” kanalında müğənni Müşərrəf Akayın aparıcılığını etdiyi və qonaq olduğu “Aziz Dostlar” verilişindən xoş təəssüratlarını bölüşüb:

“Verilişdən çox gözəl təəssüratlarım oldu. Heç ağlıma da gətirə bilməzdim. Bir ömür boyu yaşanacaq xatirələrim oldu. Baxmayaraq ki, mən dəfələrlə Türkiyədə “TRT Muzik” kanalında qonaq olmuşam. Amma Müşərrəf xanımla görüş bir ayrı cür keçdi. Həm canlı orkestrlə oxundu, həm də o xanımı bir insan olaraq kəşf etdim. Yeni mahnımı “Ömrümün sarayı”nı eksklüziv olaraq orda oxudum”.  

Lalə müğənni həmkarı Nadir Qafarzadənin onun barəsində dediyi “Lalənin ifası akademik olsa da, hitləri azdır. Eyni tərzdə oxuyur. Repertuarı Damlaya bənzəyir” fikrinə münasibət də bildirib:

“Nadir mənim sənət yoldaşımdır, nə də olsa,onun ətini yeyib sümüyünü atmaram. Ona görə xətrimə dəymədi ki, o sözü deyən kəs, musiqişünas, vokalist olsaydı bu barədə doğrudan da düşünərdim. Deyərdim ki, mən illərdir oxuyuram, yəqin hardasa yalnışlıqlara yol vermişəm. Gərək nə qədər diqqətlə mənim yaradıcılığımı izləməyəsən ki, bu sözü deyəsən. Mən Nadirə heç nəyi sübut da eləmək istəmirəm. Səni üzbəüz görəndə sözümü deyəcəm”.  

Əməkdar Artist öz sənəti ilə Nadir Qafarzadənin yaradıcılığı arasındakı fərqi də izah etməyi unutmadı:
 
“Elə mahnılaım var ki, ondan xəbərdar olan insan heç vaxt o sözü ağzına alıb danışa bilməzdi. Çünki fərqimiz çox şeydə var. Fərqimiz odur ki, mən muğam üzrə təhsil almışam, dəfələrlə opera səhnəsində mikrafonsuz “Leyli və Məcnun”u ifa etmişəm. Mən klassik vocal müğənnisi olmasam da, Niyazi adına Simfonik Orkestr ilə Filarmoniyada konsert vermişəm. Nadir Qafarzadə fərqi birinci bunda görməli idi. Mən çox təəssüf edirəm ki, o bunlardan bixəbər danışdı. Məhz bu səbəbdən də ondan heç incimirəm də…  ”. 

Xatırladaq ki, Lalə Məmmədova ən son “Bir sevgi” adlı yeni mahnı və klipini təqdim etmişdi.

Bununla bağlı süjetə mayın 4-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva 













636 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Yanvar














































17 Yanvar