Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video
Dilarə Amerikaya getmək istəyir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

"İndi təmiz sevgi yoxdur, hər şey pulla ölçülür" - rəqqasə Renka aşiq olmaq istəyir

03-05-2018


“Renka”ləqəbi ilə tanınan rəqqasə Rəna Ağamuradova “Muz Life”ın qonağı olub.

Muztv.az xəbər verir ki, cazibədar sənətçi sənət yenilikləri və şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib.

Rəna xaricdən iş təklifi aldığını söyləyib:

“İki ay istirahət edəcəm, öz şəhərimizdə dincələcəm. Beşgünlük başqa ölkəyə gedəcəm. Ordan iş təklifi almışam, klip çəkdirəcəyəm”.  

O, ən böyük arzusunun “sevgi şəhəri” olan Parisdə seçəcəyi insanla dincəlmək olduğunu etiraf edib:

“Ən böyük arzum Fransada dincəlməkdir. Parisi sevirəm. Əslində bu dəqiqə gedərəm amma səfərimi o insanla planlaşdıraram ki, həm romantikanı yaşayım, həm də deyirlər Paris sevgi şəhəridir, bu hissləri yaşamaq istəyirəm. Hələ ki, o səfər çətindir”.  

Gələcək həyatında seçəcəyi bəyin özündən güclü olmağını arzulayan Ağamuradova son illərdə təmiz sevginin olmamasından gileylənib:

“O insan xaraktercə məndən çox güclü olmalıdır, çünki mən güclü qadınam. Xoşlayıram ki, seçəcəyim kişinin yanında mən daha zəif olum. Heç bir məhdudiyyət olmasın. Hamı bilir ki, mən oğlan kimiyəm. Hər şeyin öhdəsindən gəlirəm. Bilmirəm, elə bir insan tapa bilmirəm ki, məndən güclü olsun. Ya zəmanə dəyişib, ya da nə isə... İndi sevgi də pulla ölçülür”. 

Bundan əlavə, rəqqasə yaxın illərdə sənətdən gedəcəyini də bəyan edib:

“Onsuz da Rəna sənətdən gedəcək, az qalıb. 33 yaşım var, daha 35-36 yaşdan sonra oynamayacam ki? Daha bəsdir, Allah qoysa başqa işlərlə məşğul olacağam”.   

Xatırladaq ki,Rəna Ağamuradova fiziki qüsurlu uşaqlar üçün çəkilən “Sən tək deyilsən” musiqi roliki ilə gündəmə gəlmişdi.

Bununla bağlı süjetə mayın 3-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva

879 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17


15