Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video
Dilarə Amerikaya getmək istəyir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Konsertdən pul qazanmaq olmur” - Elgün Hüseynov toy biznesinin də zəifləməsindən gileyləndi 

01-05-2018


“Muz life”ın qonağı olan müğənni Elgün Hüseynov maraqlı açıqlamaları ilə diqqət çəkib.

Muztv.az xəbər verir ki, ifaçı “nə qədər qonorar təklif etsələr, sənətdən uzaqlaşarsan” sualına belə cavab verib:

“Ailəmi dolandırmaq, şərait qurmaq  üçün maddiyat lazımdır. Ancaq ki, bu sənətə sevgi də var, dörd il təhsil almışam, müəyyən müsabiqələrdə iştirak etmişəm. Bakımızda toyların sayı azalıb. Gənclər ailə həyatı qurmaq istəmirlər. Bu sənətdən pul qazana bilməsəm, başqa bir biznes ilə məşğul olaram”.

“Konsertdən pul qazanmaq olmur” deyən müğənni toy biznesinin də zəiflədiyini açıqlayıb:

“Əvvələ nisbətən toylar xeyli zəifləyib. Gəlir yerimiz toylar və proqramlardı, onlar olmayandan sonra müğənni necə qazanmalıdır. Konsertlərdən gəlir əldə etmək olmur. Zalın yarısı ya əsgərlər, ya da konsert verənin qohumları olur. Toy biznesi zəifləyəndə başqa işlərlər məşğul olmalısan ki, gəlirini bərpa edə biləsən”.

Bununla bağlı süjetə mayın 1-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyeva

446 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17


15