Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video
Dilarə Amerikaya getmək istəyir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Gündəm olmaq üçün dəridən-qabıqdan çıxırlar” - Sənan Məmmədli "oxunu atdı"

01-05-2018


Gənc müğənni Sənan Məmmədli “Muz Life”ın qonağı olaraq növbəti iddialı açıqlama verib.  

Muztv.az xəbər verir ki, “sənətçinin kapitalı onun səsi olmalıdır” deyən Sənan bu yolda dəridən-qabıqdan çıxan sənət dostlarına səslənib:

“Elə müğənnilər var ki, konsertlər təşkil edirlər, öz dəvətnamələrini paylayırlar. Onların sırasında mənim tanıdığım gənc nəsillərdən də var. Dəridən-qabıqdan çıxırlar ki, çox vəsait xərcləyirlər ki, gündəmdə qalsınlar. Hazırda elə bir kapitalım yoxdur, olsa da , o addımı atmayacağam. Düşünürəm ki, səs müğənninin kapitalıdır. İlk növbədə çalışmaq lazımdır ki, musiqiçi olasan. Dünyada da belə bir tendensiya var ki, biri var musiqiçilər, biri də var şou adamları ”.

Cəsarətli olduğunu bəyan edən ifaçı heç vaxt bayağı yolla gündəmə gəlmək istəmədiyini söyləyib:

“Əgər ifaçını simaca tanımırlarsa, burda ayıb nəsə yoxdur. Sənətçinin səsi, sənəti, tərzi bəyənilirsə, məncə bu böyük uğurdur. 25 yaşım var, siz bugünə kimi məni “Səs Azərbaycan”dan başqa heç yerdə görməmisiniz. Düzünü desəm, çox elə şeylərə həvəsim də yoxdur. İstəsəm çox şey edərəm. Buna cəsarətim, üstəlik, sənətimə ailəmin də dəstəyi var. Bu cür gündəmə gəlmək istəmirəm. Çalışacağam ki, necə gəlmişəmsə, elə də davam edəm.”  

İstedadlı müğənni şou-biznesdə və tamaşaçı şərhlərində onu yalnız təhqirin üzəcəyini bildirib. O, hər şeydən öncə valideyn dəstək və fikrinin önəmli olduğunu qeyd edib:

“Əgər bu sənətdəyəmsə, bu yoldayamsa, mən heç nədən qorxmuram. İstənilən tamaşaçı şərhini qəbul edə bilərəm amma təhqir olmasın. Təhqirə keçən tamaşaçılar bağışlanılmazdır. Müasirlik dedikdə, ilk növbədə ailəmi nəzərdə tuturam. Əgər evdəkilər məni belə qəbul ediblərsə, tərzimdən narazı deyillərsə, kənar insanların fikri də mənə maraqlı deyil”.

Xatırladaq ki, Sənan Məmmədli “Səs Azərbaycan”nın iştiakçısıdır. O, Avropaya ulduz seçilmiş və “Te Juro” mahnısı ilə gündəmə gəlmişdi.

Bununla bağlı süjetə mayın 1-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva 

431 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17


15