Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video
Dilarə Amerikaya getmək istəyir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Məni bəyənmir, amma yaşam tərzimi, həyatımı əzbər bilir...”- "Qurd" iddialı danışdı

30-04-2018


“Deyin ona” klipi ilə gündəmi alt-üst edən “Qurd” ləqəbi ilə tanınan repçi Fərid Eminov “Muz Life”a eksklüziv müsahibə verib.

Muztv.az xəbər verir ki, yeni görkəmindən danışan "Qurd" daim həmkarları tərəfindən təkrarlandığını iddia edib:

“Saç düzümüm yenidir. Hər zaman tərzimi çalışmağa dəyişirəm. Hər il geyimim tərzimi də rəngarəng edirəm. Bir il idman, başqa il elegant -klassik stil olur. Müğənnininn görüntüsü vacibdir. Mən hər zaman təkrarlanıram. Ona görə də deyirəm ki, oğurlayanda “həştaq Qurd” işarələyin ki, yəni, mənə məxsusdur”.  

Tamaşaçı iradını normal qarşılayan Fərid Eminov onu sevməyənlərə atmaca atmağı da unutmayıb:

“Tamaşaşı iradı hər zaman olmalıdır. Məni sevən yenə də sevəcək. Sevməyən də deyəcək ki, bəyənmirəm. Amma maraqlı bir məqam da var. Xoşumuza gəlməsə də, adını da, mahnısı da əzbər bilirik. Çoxusu bəlkə də məni bəyənmir. Amma dediyim ki, adımı, həyatımı, yaşam tərzimi əzbər bilirlər. (gülür) ”.     

Səmimiyyəti ilə seçilən ifaçı qarşıdakı konsert planlarından da söz açıb:

“Bu il ötən illərdəki kimi nəzərdə tutmuşuq ki, yayda konsert verək. Naxçıvan, Gəncə, Bakı, Nabranda böyük konsertlər edəcəyik. Karyeram ərzində ən böyük konsertim Naxçıvanda baş tutmuşdu, 8 min adam olmuşdu. Gözəl alınmışdı. Ənənəmizə bu il də sadiq qalacağıq. Açıq hava konsertləri daha gözəl olar. İnsanları əyləndirmək, onların bizim performanslarımızdan həzz almaqlarını gözləyirik ”.    

Bununla bağlı süjetə aprelin 30-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva

414 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17


15