Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video
Dilarə Amerikaya getmək istəyir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Sənətə baxış dəyişib, yüngüllük, bayağılıq artıb...” - Gülşad Baxşıyeva gileyləndi

28-04-2018


Əməkdar Artist Gülşad Baxşıyeva MUZ TV Azərbaycan kanalına müsahibə verib.

Muztv.az xəbər verir ki, aktrisa son dövrlərdə rejissorlardan aldığı film təkliflərini dəyərləndirdiyini deyib:

“Son dövrlər gənc rejissorlar tərəfindən film təklifi çox alıram. Etiraz etmirəm, təklifi dəyərləndirirəm. Çünki bu da mənim onlara dəstəyimdir”. 

Gülşad Baxşıyeva təkcə pul müqabilində deyil, ssenariyə əsasən rollara çəkildiyini söyləyib:

“Mütləq ssenariyə baxıram. Ssneari olmasa, qəti şəkildə “yox” deyirəm. Məşq edib, sonra çəkilirik. Hərdən elə olur ki, məşq etmirlər. Bu işə bayağı, ötəri yanaşmaq olmaz. Lap epizodik rol olsun, işinə ciddi baxmalısan”. 

Sevimli aktrisa böyük təəssüf hissi ilə son illərdə sənətə olan baxışın dəyişdiyini də vurğulayıb:

“Sənətə baxış bir qədər dəyişib. İndikilərə aktyorluq sənəti yüngül, asan gəlir. O dövrlərdə adi, hətta epizodik rolu çəkilən aktyor öz işinə ötəri yanaşmırdı. Fikirləşir, düşünür, zəhmət çəkirdi. İndi bu çatışmır. Sənətə sənət kimi yanaşmaq lazımdır. Mən kameranın qarşısında dayandım, hansısa bir fraqmentə çəkildim düşüncəsi olmamalıdır. Sən ifa etdiyin obrazı necə ki, teatrda görürsən, film və serialda da yaratmalısan”.  

Xatırladaq ki, Gülşad Baxşıyeva daha çox “Bəxt Üzüyü” filmindən yadda qalıb, sevilib.

Bununla bağlı süjetə aprelin 28-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva 

529 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17


15