Hollivud aktrisası evini satışa çıxardı - foto
İfaçı 123 kiloqram arıqladı - foto
Fatimə üzüyünü və sırğasını göstərdi - foto
Pop müğənnisi mobil telefondan istifadə etmir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Elariz çox mədəni danışdı: "Röyanın sözləri atmaca deyil, hər şey yanlış anlaşılıb" - özəl

28-04-2018


Müğənni Elariz Məmmədoğlu ilə Əməkdar Artist Röya Ayxan arasında söz savaşı gündəmdən düşmür.

Muztv.az xəbər verir ki, bir neçə gün əvvəl müğənni “Türkiyədə nə Aygünü nə də Röyanı tanıyırlar” sözlərini söyləmişdi.

Elariz Məmmədoğlu “Muz life” komandasına hər şeyin yanlış anlaşıldığını dilə gətirərək jurnalistləri qınayıb:

“Yeni gələn media işçiləri başa düşmürlər ki, böhtan atmaq günahdır. Əgər səni indi buna görə cəzanlandırmırlarsa, vaxtı gələndə allah cəzalandıracaq. Mənə sual verdilər ki, “azərbaycanlı müğənnilər Türkiyədə tanınır” dedim “yox”, heç kimin adını çəkmədim. Görkəmli sənətçilər ilə müqayisə edərək, onlar kimi tanınmadıqlarını dedim”.

İfaçı Röya Ayxanı “Elariz, Allah səni güldürsün. Dua et ki, varıq. Sənə sual tapmırlar və bizi soruşurlar” sözlərinə görə günahlandırmadığını bildirib:

“Onu da qınamıram, xəbərləri oxuyur deyir yəqin ki, demişəm. Uzun illərin dostları da bəzən “fitva”ya gedirlər. Mediya nümayəndələri heçnədən qalmaqal yaradırsa, deməli şeytana qulluq edir. Röya xanım ilə uzun illərdir dostuq, sözləri atmaca deyil. Sadəcə gülərək “Allah səni güldürsün, bizi orda tanıyırlar” söyləyib. Elə bu mədəniyyəti də gözləyirdim”.

Bununla bağı süjetə aprelin 28-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyeva

 

588 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 Noyabr


18 Noyabr