Aktrisa pərəstişkarlarını heyrətləndirdi - foto
Elnarə imicini dəyişdi - foto
 "Мисс Россия 2003" gözəli Bakıya gəldi - foto
Aktrisa  küçədə şiddətə məruz qaldı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Qoy birinci və ikinci Pərvin arasındakı fərqi görsünlər” – “O Səs Türkiyə”yə qatılan azərbaycanlı müğənnidən iddia   

27-04-2018


Bir zamanlar Neftçala şəhərində yaşayan amma həvəskar ifası ilə sosial şəbəkələrin gündəmini alt-üstü edən gənc müğənni Pərvin Səfərov “Muz Life”ın qonağı olub.

Muztv.az xəbər verir ki, özünəməxsus səsi olan Pərvin onu geniş kütləyə daha da yaxşı tanıdan “O Səs Türkiyə” yarışmasına qatılmasından söz açıb:

“O Səs Türkiyə yarışması mənim üçün gözlənilməz oldu. Bu layihədə iştirak etmək bir çoxlarının arzusudur. O böyük arenada çıxış etmək mənim də arzum idi. Həmin video Türkiyə mediasında işıqlandı, gündəmə gəldi. “Acun Media” olaraq mənə dəvət təklifi gəldi.  Təklifi dəyərləndirdim, 3-cü tura kimi iştirakımı davam etdirdim”.  

Pərvin hazırkı vəziyyətdə olan sənət durumundan da danışıb:

“Yeni layihələr üzərində çalışıram. Prodüser dostum Azər çox sağ olsun mənə kömək olur. Klassiklərdən olan bir mahnı üzərində çalışırıq, daha sonra həmin mahnıya klip də çəkdirəcəyik”.      

Bu dəfə iddialı olan gənc istedad “O Səs Türkiyə”yə ikinci dəfə qatılmaq istəyini və hər kəsi təəccübəndirəcəyini bəyan edib:

“Təbii ki, birinci mərhələdə heç kimi tanımırsan. Artıq gedişatı bilirəm. İlk iştirakımda bütün turlarda klassik geyindim, amma bu dəfə dəyişiklik edəcəm. Fərqlilik olsun istərəm, performanslarım yer alacaq. Qoy birinci və ikinci Pərvin arasındakı fərqi görsünlər”.

Sənətində irəliləmək arzusunda olan müğənni növbəti dayanacağının Rusiya olmasını istəyir:

Yolum kənddən Bakıya, buradan isə Tükiyəyə düşdü. Planımda Rusiyaya da səfər etmək var. Mənim videom barədə Rusiya mətbuatında da böyük ajiotaj yaranmışdı. Gözəl fikirlər eşitmişdim. Rusiyada keçirilən yarışlarda da iştirak etmək istəyirəm, bəlkə uğurlu olar”.    

Xatırladaq ki, Pərvin Səfərov iştirak etdiyi “O Səs Türkiyə”də 3-cü tura kimi yolunu davam etdirmişdi.

Bununla bağı süjetə aprelin 27-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
 
Lamiyə Balacayeva 













872 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17








































16