Aktrisa pərəstişkarlarını heyrətləndirdi - foto
Elnarə imicini dəyişdi - foto
 "Мисс Россия 2003" gözəli Bakıya gəldi - foto
Aktrisa  küçədə şiddətə məruz qaldı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“O, böyük məktəb, canlı əfsanədir” – sənət yoldaşları Mübariz Tağıyevin 70 illik yubileyinə toplaşdılar – fotoreportaj

26-04-2018


Heydər Əliyev Sarayında Xalq Artisti Mübariz Tağıyevin anadan olmasının 70 illiyinə həsr edilmiş tədbir keçirilib.

Muztv.az xəbər verir ki, estrada musiqisinin korifeylərindən olan M.Tağıyevin yubiley konsertində sənət yoldaşları - Xalq Artistləri Yalçın Rzazadə, Samir Cəfərov, Aygün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Əməkdar Artistlər Tünzalə Ağayeva, Manana, Sevda Ələkbərzadə, Teymur Əmrah, sevilən müğənnilər Cavan Zeynallı, Samirə Allahverdiyeva, Eldar Qasımov, İlqar Xəyal, Fuad Musayev, Səbinə Babayeva, Emiliya Yaqubova, Abbas Əhməd, Azad Şabanov, Ülkər Əliyeva, Çingiz Mustafayev, Cahangir Qurbanov, Musa Abdullayev və “QAYA” qrupu, “RAST” qrupu, “SEVİL” ansamblı, Estrada-simfonik orkestri-bədii rəhbər Salman Qəmbərov, “Cəngi” qrupu, habelə “SAVAB” qrupu, Zabitlər Evinin xoru və “Bakılı oğlanlar” komandası iştirak edib. 

Səhnəyə həyəcanla təşrif buyuran Mübariz Tağıyev özəl gününün qonaqlarını xoş sözləri ilə qarşılayaraq möhtəşəm konsertə “Vətəndən pay olmayır” mahnısı ilə start verib:

“Mənim əziz tamaşaçılarım, sənət dostlarım xoş gəlmisiniz. Bu 70 il söhbəti hardan gəldi, bilmirəm, sadəcə olaraq mən sizin üçün darıxmışdım. Çox xoşdur, sənət dostlarım bu gün mənim repertuarıma müraciət edəcəklər. Hətta gənc nəsil üçün bu mahnılar yenidir”.    

Gecədə Mübariz Tağıyevin sənət dostları da iştirak edərək Xalq Artistinə uğurlar arzulayıb, ona ürək sözlərini çatdırıblar:

Gövhər Həsənzadə:  “Heç vaxt ağlıma da gəlməzdi ki, vaxt belə uçacaq. Çünki mənim formalaşmağımda, sənət aləmindəki işlərimdə Mübariz müəllimin tövsiyələrinin çox böyük təsiri, dəstəyi olub. Deyərdim ki, Mübariz müəllimin gözünün qabağında böyümüşəm. Biz biri-birimizə qəlbən bağlıyıq, hətta ailəvi tərəfdən çox yaxınıq. Mübariz müəllim hər zaman mənim üççün çox gənc, stilli, müasir, çox zövqlü, əsl peşəkar estradaçıdır.  O, böyük məktəbdir, bizim canlı əfsanəmizdir. Mən onu çox istəyirəm, Allah sizi var eləsin, nə yaxşı ki varsınız. Mənim vaxtı ilə səriştəsiz mahnılarımda yol göstərdiniz, zövq atdınız və mən peşəkarlaşdım”.  

Eldar Mansurov:  “Bu gün dostuma dəstək üçün gəlmişəm, onunla üzbəüz olacam. Mübarizə çox yetmiş yaşlı deməyin, o maşallah cavan oğlandır. Diqqətlə baxsanız görərsiniz ki, onun repertuarında hər zaman yeniliklər var. O müğənni ki, köhnə mahnılarda qaldı, onun siyahıdan pozmaq olar. Mübariz isə hər ay ən azı 2-3 mahnı yazdırır.  Onun səsi, sənəti daim yaradıcılığında irəliləməyə imkan verir”.    

Yalçın Rzazadə: “İllərdir biz Mübariz müəllimlə həm sənət silahdaşıyıq, həm də ailəvi dostuq. Bu gün burda iştirak etməyi, alqışlamağı özümə borc bilirəm. Dostumun yanında olmalıyam, onun 70 ili mübarək olsun. Ürəkdən alqışlayıb təbrik edirəm”.  

Daha sonra İlqar Xəyal, Səbinə Babayeva və başqa müğənnilər Mübariz müəllimin repertuarından ifa etdikləri mahnıları ona ərmağan ediblər.

Bununla bağlı süjetə aprelin 26-da saat 19:00-da MUZ TV Azərbaycan kanalnda efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
 
Lamiyə Balacayeva 



















1065 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17








































16