Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video
Dilarə Amerikaya getmək istəyir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

"Məni o tərəfdən sınayacaq rejissor yoxdur" - özünə güvənən Murad İsmayıl təklif gözləyir

25-04-2018


Gənc aktyor Murad İsmayıl MUZ TV Azərbaycan kanalına özəl açıqlamsında maraqlı məqamlara toxunub.

Muztv.az xəbər verir ki, o, komediya janrında olan əsərlərdə də məharətli olduğunu, lakin rejissorların onun bu bacarığını görmədiyini söyləyib:

“Mənə hamı baxanda, oturanda, güləndə deyirlər elə filmdəki kimisən. Amma özümdən aslı deyil. Mənim də təbiətim belədir. Mən komediyanı da çox yaxşı oynaya bilirəm. Teatrda ifa etmişəm də. Sadəcə hələ elə bir rejissor yoxdur ki, məni o tərəfdən sınamaq istəsin. Özümü birtərəfli aktyor kimi hesab etmirəm”. 

Aktyor böyük sənətkarlarla bir səhnəni bölüşməyin əhəmiyyətindən də söz açıb:

“Böyük sənətkarlarla bir səhnəni bölüşmək çətin deyil, xoşdur. Onlardan öyrənirik, təcrübə toplayırıq. Ən azından bilirsən ki, arxanda necə böyük, peşəkar sənətkarlar var. Bu, biz gənclərə kömək edir ki, ziyan etmir”.

Murad İsmayıl komediya janrında olan filmlərə dəvət təklifi gözlədiyini də gizlətməyib:

“Məmnuniyyətlə komediya janrında olan filmlərə çəkilərəm. Hətta bu təklifi gözləyirəm də. Aktyor üçün üstünlükdür ki,o həm dram, həm də komediya oynaya bilir. Özümə güvənirəm. Ən çox tələbat dramla olub. Həm təzə başlamışam, 1-2 ildir ki, ekran əsərlərinə çəkilirəm. İnşallah təkliflər gələr (gülür) ”. 

Xatırladaq ki, Murad İsmayılın rol aldığı “Qaranlıq” filminin bir neçə gün öncə premyerası olmuşdu. İstedadlı aktyor 2 ildir “Vicdan Haqqı” serialının da sevimli simalarındandır.

Bununla bağlı süjetə aprelin 25-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva

712 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17


15