Aktrisa pərəstişkarlarını heyrətləndirdi - foto
Elnarə imicini dəyişdi - foto
 "Мисс Россия 2003" gözəli Bakıya gəldi - foto
Aktrisa  küçədə şiddətə məruz qaldı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

"Hərdən insanları ağlatmağı da xoşlayıram“ - Eldar Qasımovun səmimi etirafları

24-04-2018


Azərbaycanın “Eurovision 2011” qalibi Eldar Qasımov "Muz Life" sənət yenilikləri barədə maraqlı açıqlama verib.

Muztv.az xəbər verir ki, o, ar son “İ miss you” klipindən ağızdolusu söz açıb:

“İ miss you” mahnısına artıq klip də çəkilib. Çox şadam, mən istədiyimdən, gözlədiyimdən daha yaxşı iş alındı. Bütün daxili hisslərimi məhz bu mahnıda göstərdim. Bu mahnı ürəyimə ən yaxın olan mahnıdır. Bəstəni Sara xanımla da ərsəyə gətirəndə fikir verdik ki, mən doğrudan da daxili dünyamı ortaya qoymuşam”.   

Daim sənətində fərqlilik edən Eldar Qasımov ən son imza atdığı maraqlı fotosessiyasından da danışıb:

“Bir il ərzində fikir mübadiləsi aparırdıq ki, işimiz necə alınacaq? Mənim ən sevdiyim bayram Novruzdur. Mən bu bayrama xas olan 4 çərşənbənin ünsürlərini öz üzərimdə əks etdirdim. Fotolarda heç bir fotoşop proqramından istifadə olunmayıb. Gördüyünüz hər şey çox təbiidir. Hətta dünyanın məşhur səhifələri də bu video və şəkilləri paylaşdılar. Baxış sayı da 2 milyona yaxın idi. Əziyyətimizə dəyərdi, sevindim ki, insanlara belə gözəl layihə ilə sevindirə bildik. Çox qorxurdum ki, çəkiliş zamanı şüşə sına bilər, alov üstümə düşər. Çünki çox isti idi. Yaxşı ki, uğurla tamamladıq”.  

Səhnəmizin poliqlot ifaçısı bu yaxınlarda Xalq Artisti Mübariz Tağıyevin repertuarına da müraciət edib. Eldar bu ifasını Xalq Artistinin aprelin 25-də Heydər Əliyev sarayında baş tutacaq yubiley gecəsində sərgiləyəcək:

“Bir neçə mahnı Mübariz müəllim mənə göndərdi, qulaq asdım. “Gözlərindir günahkar”ı dinlədim, dərhal dedim ki, başqa mahnılara qulaq asmaq istəmirəm. Ancaq bu mahnını oxuyacam. Həzin, mülayim bir mahnıdır. Belə mahnılarda da sökürəm də mən, nə deyim. Hərdən istəməsəm də, insanları ağlatmağı da xoşlayıram (gülür) ”.

Bununla bağlı süjetə aprelin 24-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva

422 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17








































16