Aktrisa filmə çəkilməyə hazırlaşır
Seda Sayan “O səs Türkiyə”dən getdi
Yeganə də maddi sıxıntı çəkir
Çağla Şikel villasını satışa çıxardı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Bayağı seriallar Azərbaycan kinosunun imicini aşağı salır...” - Ramiz Məlik təəssüf etdi

23-04-2018


Xalq Artisti Ramiz Məlik MUZ TV Azərbaycan kanalının kamerası önünə keçərək milli konomuzun indiki vəziyyəti ilə bağlı maraqlı məqamlara toxunub.

Muztv.az xəbər verir ki, aktyor keçmiş filmlərimizin hələ də sevilməsinin səbəbini açıqlayıb:

“Əvvəlki illərdə çəkilən filmlərimizdə böyük, korifey sənətkarlarımızın imzası olub. Dahi aktyorlarımız iştirak ediblər. Bu gün də həmin filmlər kanallarda nümayiş olunanda böyük sevgi ilə izləyirik”.

Xalq Artisti son illərdə çəkilən bəzi seriallara iradını bildirərək, yaradıcı heyətə məsləhətini də dilə gətirib:

“Çox təəssüf ki, son zamanlarda bayağı seriallar ortaya çıxdı. Onlar Azərbaycan kinosunun imicini aşağı saldılar. Axı nə qədər qaynana-gəlin-baldız münasibətlərindən film çəkmək olar?!  Yeni filmlər çəkin, amma bizi maraqlandıran, düşündürən problemlər var, onları nəzərə alsınlar”. 

Hər seriala çəkilməyəcəyini iddia edən tanınmış sənətkar müğənnilərin seriallara çəkilmə ideyasına qarşı çıxıb:

“Özüm seriallara çəkilmərəm. Amma baxır da motiv necə olacaq. Mənə 5-6 ssneari təklif ediblər, oxumuşam qaytarmışam.  Görmüşəm ki, bayağıdır, məişət problemləri çox qabardılıb. Soruşmuşam ki, kimlər çəkiləcək? O qədər müğənni adı çəkdilər ki, dedim elə müğənnilər çəkiləcəksə, onda gedin bütün Filarmoniyanın ifaçılarını çəkin də. Daha məni niyə axtarırsınız?! ”.  

Xatırladaq ki, Ramiz Məlik bugünlərdə premyerası olan “Qaranlıq” filmində rol almışdı.

Bununla bağlı süjetə aprelin 23-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva 

 

656 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 İyun






























4 İyun