Aktrisa pərəstişkarlarını heyrətləndirdi - foto
Elnarə imicini dəyişdi - foto
 "Мисс Россия 2003" gözəli Bakıya gəldi - foto
Aktrisa  küçədə şiddətə məruz qaldı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Özünü rəqibsiz sayan “Qurd” Bakıda “Deyin ona” klipini təqdim etdi – fotoreportaj

21-04-2018


Bir müddət ekranlarda az görünən “Qurd” ləqəbi ilə tanınan repçi Fərid Eminov media əhlini və yaxın dostlarını başına toplayaraq “Deyin ona” adlı yeni mahnı və klipini təqdim edib.

Muztv.az xəbər verir ki, "Qurd" tərəfindən ilk dəfə belə təqdimat mərasimi keçirilib.

MUZ TV Azərbaycan kanalına açıqlama verən ifaçı klipin uğurlu olacağını söyləyib:

“Mahnının musiqisi Xalis Qana, sözləri mənə məxsusdur. Klipi “Sevən ürəklər” qrupundan tanıdığımız doktor Nicat lentə alıb. Onun əl işlərini bəyəndiyim üçün bu işdə ona müraciət etmişəm. Əminəm ki, uğurlu olacaq, seviləcək. Çünki musiqini ərsəyə gətirəndə bu işdən başı çıxan adamların da fikrini soruşuruq”.  

Həmkarları arasında özünə rəqib tanımayan repçi onun yolu ilə gedənlərə məsləhətini də unutmayıb:

“Rəqabət olmasa, gördüyümüz işlərin heç bir mənası olmaz. Bu stimul yaradır ki, iş görülsün. Özümə rəqib görmürəm, çünki indi kitayski “Qurd”lar əmələ gəlib. Onlarla rastlaşıram, hətta bir-ikisinə demişəm ki, niyə belə edirsən ki? Öz tərzini yarat da. Özün ol, çünki Qurd özü olub, 6-8 ilə repə gəlib, belə də məşhur oldum. 4-4-də oxudum. Öz bazarım, izləyici,dinləyicim var. Bu bilirsiniz nəyə bənzəyir? Biri mağaza açanda digəri də düz yanında eynisindən açır. Bu da eyni şeydir. Yəni sənin biznesinə göz dikirlər. Düşünürlər ki, onların da belə dinləyiciləri olacaq. Heç vaxt olmayacaq! Çünki dinləyici onlara müğənninin “kitayski” variantı kimi baxacaqlar”.  

Xatırladaq ki, “Deyin ona” adlı eyni mahnı Əməkdar Artist Röya Ayxan və Samir Cavadzadəyə məxsusdur.

Bununla bağlı süjetə aprelin 21-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva 




 
 

















775 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17








































16