Aktrisa filmə çəkilməyə hazırlaşır
Yeganə də maddi sıxıntı çəkir
Çağla Şikel villasını satışa çıxardı
Reperlər maddi krizis yaşayırlar

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

"Allah mənə nə qədər qız övladı nəsib etsə, o qədər sevinərəm" - Emil Bədəlov həm də oğul istəyir 

20-04-2018


İki qız atası olan müğənni Emil Bədəlov MUZ TV Azərbaycana verdiyi müsahibəsində övladlarından söz açıb.

Muztv.az xəbər verir ki, müğənni qızlarının arasında ayrıseçkilik etmədiyini bildirib:
 
“Böyüyün öz yüri var, balacanın da öz yeri...Kiçik qızım 8 aylıqdır. Hələ onun şirin vaxtları qabaqdadır. Səadətə böyük qız kimi baxırıq. Balaca bacısını böyütmək üçün anasına kömək edir."
 
Gənc yaşda atalıq hissini yaşayan E.Bədəlov görəsən, oğul arzulayırmı, yoxsa elə 2 qız övladı ilə kifayətlənmək istəyir?!
 
O, bu suala belə cavab verib: "Mənə Allah nə qədər qız nəsib etsə, o qədər də sevinərəm. Allah qismət eləsə, niyə istəmirəm ki, oğul övladı? Əsas odur ki, əməli-saleh övlad olsun. Fərq etməz, qızdır yoxsa oğlan. Beş oğlan var ki, bir qıza dəymir, beş qız var ki, bir oğlana...Ona görə də, əsas abır-həya, ağıl, tərbiyyədir".

Xatırladaq ki, Emil Bədəlov Xalq Artisti Firuz Əliyevin qızı Xanımla ailəlidir. Cütlüyün Səadət və Zeynəb adlı iki qızı var.

Bununla bağlı süjetə aprelin 20-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Sevda Məmmədova

 





505 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 İyun
























4 İyun