Aktrisa filmə çəkilməyə hazırlaşır
Yeganə də maddi sıxıntı çəkir
Çağla Şikel villasını satışa çıxardı
Reperlər maddi krizis yaşayırlar

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Gənc qızın cinayət araşdırmasından bəhs edən “Qaranlıq” filmi  Bakıda təqdim olundu – fotoreportaj  

20-04-2018


Xalq Artisti Azər Zeynalovun prodüserliyini etdiyi “Qaranlıq” adlı filmin təqdimat mərasimi keçirilib.

Muztv.az xəbər verir ki, dram-dedektiv janrında çəkilən filmin rejissoru, bəstəkarı və ssenari müəllifi Kənan Zeynalov, operatoru və montajçısı İsmayıl Zeynalovdur.

Türkiyədə təhsil alan iki gəncin debüt işində ataları, Xalq Artisti Azər Zeynalov onlara dəstək olub.

Ekran işində Azərbaycanın Xalq Artisti Ramiz Məlik, Əməkdar Artist Gülşad Baxşıyeva, Murad İsmayıl, Faiq Mirzəyev, Əzizağa Əzizov, Lalə Hüseynzadə və Nərmin Hüseynova çəkiliblər.

Rejissor Kənan Zeynalov ilk işi olsa da, uğurlu olacağına əminliyini ifadə edib:

“Bu mənim ilk tammetrajlı filmimdir. Ümid edirəm ki, tamaşaçıların çox böyük marağına səbəb olacaq və bəyənəcəklər. Dram az görünən janrdır , dram-dedektiv janrındadır. Baş qəhrəmanı oynayan Lalə Hüseynzadənin də, mənim də ilk işimizdir. Gözəl, həyəcanlı gündür, ümid edirəm ki, hər şey tamaşaçıların istədiyi kimi olacaq. Filmdə gözəl sənətkarlarımız Ramiz Məlik, Gülşad Baxşıyeva, Faiq Mirzəyev də rol alıb”. 

MUZ TV Azərbaycan kanalına danışan Xalq Artisti Ramiz Məlik, Əməkdar Artist Gülşad Baxşıyeva, Faiq Mirzəyev və baş rolları ifa etmiş Lalə Hüseynzadə, Murad İsmayıl sevinc həyəcanlarını dilə gətiriblər:

Ramiz Məlik: “Kinosevərləri gördüm, bu məni sevindirir. Bugünkü “Qaranlıq” filmi haqqında onu deyə bilərəm ki, iki gəncin, iki qardaşın birgə ərsəyə gətirdikləri filmdir. İnanıram ki, tez bir zamanda Azərbaycan kinosuna yeni bir nəfəs gələcək”.  

Gülşad Baxşıyeva: “Həmişəki kimi, mənə yenə də ana rolunu tapşırıblar. Deməzdim ki, çoxhəcmli roldur. Buna baxmayaraq çalışdım ki, bir qadın xarakteri yaradam. Çox analar var, amma mən xarakterik qadın obrazını canlandırdım”.  

Faiq Mirzəyev: “Filmdəki obrazım maraqlıdır. Bu rol yaradıcılığımda da bir ilkdir. Həyəcanım sonsuzdur. Son söz həmişəki kimi tamaşaçıların olacaq, əlimdən gələni etmişəm ki, obraz maraqlı olsun”.   

Lalə Hüseynzadə:   “Çox həyəcanlıyam. Düzdür, mən incəsənət adamıyam, səhnə həyəcanı mənə yad olmasa da, bügünkü hisslər tamamilə fərqlidir. Yenə də çox sevincliyəm, fəxr edirəm ki, belə mükəmməl aktyorlarla iş görmüşəm. Rejissor da deyir ki, obrazımın öhdəsindən məharətlə gələ bilmişəm”.   

Murad İsmayıl:   “Mənim tələbə yoldaşımın filmidir, Azər Zeynalov mənim vokal müəllimimdir. Ekran əsərini də onun övladları lenə alıb. Mənimlə həmyaşıddır, dəstək oluram, inanıram ki, uğur qazanacaq. Hər halda ilk işidir, yəgin ki, tamaşaçılar bunu da nəzərə alacaq. Axarıncı olsun”. 

Xatırladaq ki, “Qaranlıq” gənc yazar qızın bir itkidən sonra həmin cinayəti araşdırmasından bəhs edir.

Bununla bağlı süjetə aprelin 20-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva 




 

















1386 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 İyun
























4 İyun