Aktrisa filmə çəkilməyə hazırlaşır
Yeganə də maddi sıxıntı çəkir
Çağla Şikel villasını satışa çıxardı
Reperlər maddi krizis yaşayırlar

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Mən hamıdan fərqliyəm...” - Rahidə Baxışova özünü təriflədi

19-04-2018


Bir ildir sənətə geriyə dönüş edən müğənni Rahidə Baxışova MUZ TV kameralarına tuş gəlib.

Muztv.az xəbər verir ki, ifaçı sənətdən uzaqlaşdığı müddətdə həmkarları tərəfindən qarşılaşdığı münasibətdən söz açıb:

“Mən hər qadına ana olmağı arzulayıram. Təki bu səbəbdən sənətdən bir qədər uzaqlaşaq. Qaldı ki, o, soyuqluğa mən indi də o soyuq münasibəti görürəm”. 

Rahidə Baxışova belə dostları üçün böyük təəssüf hissi keçirdiyini söyləyib:

“Sakit reaksiya verirəm. Əvvəllər hər şeyi içimə atıb, fikir edirdim. Amma indi deyirəm ki, Rahidə bunu qəbul etməlisən. O, saxta üzləri son zamanlar çox görürəm və təəssüf edirəm. Bilmirəm bu nə ilə bağlıdır?” 

Gözəl xanım ifaçısı yarı zarafat, yarı ciddi şəkildə özünü tərifləməyi də unutmayıb:

“Mən çox fərqli biriyəm. Bu vaxta kimi özümü tərifləmirdim. Amma indi özümü ilk dəfə tərifləyəcəm. Bunu zarafat kimi qəbul edin, mən həmişə sadə olmuşam. Belə də qalacam. Allah məni nə qədər ucaltsa da, mən yenə də öz sadəliyimi itirməyəcəm”. 

Xatırladaq ki, bir neçə gün öncə türkiyəli müğənni Sinan Akçıl Rahidə Baxışovanın “Deməsinlər” mahnısını ifa etmişdi.

Bununla bağlı süjetə  19 aprel saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
 
Lamiyə Balacayeva 

628 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 İyun
























4 İyun