Aktrisa filmə çəkilməyə hazırlaşır
Yeganə də maddi sıxıntı çəkir
Çağla Şikel villasını satışa çıxardı
Reperlər maddi krizis yaşayırlar

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Sənəti atım, bütün günü “ailə-ailə” deməkdə doğru deyil...” - Aysel Əlizadənin səmimi etirafları - özəl 

12-04-2018


Müğənni Aysel Əlizadə "Muz Life" şəxsi həyatı barədə özəl açıqlama verib.

Muztv.az xəbər verir ki, sənətçi gələcəkdə iki seçim arasında qalmağın sirrlərini bölüşüb:

“Əlbəttə ki, ailə bütün xanımlar üçün önəmlidir. Ailə ilə işi də biri-birinə qatmaq lazım deyil. Sənəti atım, bütün günü “ailə-ailə” deyim, bu da düzgün deyil. İkisindən birini seçməlisən. Mən hər zaman bunu qeyd edirəm ki, bir əldə iki qarpız tutmaq düzgün deyil. Ya seçdiyin insan sənin sənətini də qəbul etməlidir, ya da həyat yoldaşın sənin sənətini, geyimini, evə gec gəlməyini, insanların münasibətinin qəbul edə bilirsə, çətin xarakterdədirsə, bir sözlə, belə şeylərə görə mübahisələr yaranırsa, iki seçim arasında qalmalısan. Bu barədə indidən dəqiq nəsə deyə bilmərəm amma mənim üçün ailə çox önəmlidir”.

Aysel filmlərdə rol alacağı təqdirdə ifa etmək istədiyi obrazını da açıqlayıb:

“Özümü aktrisa kimi sınamaq istəyərəm, amma, ilk növbədə, mənim üçün keyfiyyət və sssenari önəmlidir. Məndə komediya janrı da uğurlu alınır. Ara-sıra belə çəkilişlərim olub. Ən böyük arzum isə “mafia” kimi filmlərdə rol almaqdır. Böyük səhnələrdə və baş rolu ifa edim.” 

Xatırladaq ki, Aysel Əlizadə bu yaxınlarda MUZ TV Azərbaycan kanalına müsahibəsi zamanı“özünü şou-biznesdə ən gözəl bədən quruluşu olan müğənnilər” siyahısında görmüşdü.

Bununla bağlı süjetə aprelin 12-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva

568 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 İyun
























4 İyun