Aktrisa filmə çəkilməyə hazırlaşır
Seda Sayan “O səs Türkiyə”dən getdi
Yeganə də maddi sıxıntı çəkir
Çağla Şikel villasını satışa çıxardı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Xatun Əliyevadan küsən müğənni Murad Arif qadın həmkarını nə üçün günahlandırdı? -  özəl

12-04-2018


Bir neçə gün əvvəl müğənni Xatun Əliyeva açıqlamalarının birində telefonundakı şəxsi fotolarına baxdığı üçün müğənni-bəstəkar Murad Arifi mədəniyyətsiz adlandırıb.

Muztv.az xəbər verir ki, Xatunun odlu-alovlu çıxışından çox keçmədən qarşı tərəf susmayıb və ürəyini boşaldıb:

“O müsahibədə o qədər yalan var idi ki…Dəfələrlə verilişimdə qonaq olasan, birlikdə toylar aparasan, sonra da çıxıb deyəsən ki, verilişlərinə getmirəm, toylarda qarşıma çıxmır. O, insanı yalanları ilə, incikliyi ilə başbaşa buraxmaq istəyirəm”.

Murad Arifin mədəniyyətinə şübhə ilə yanaşan Xatuna bəy sənətçi sərt reaksiya verməməyə səy föstərib və onu müğənni kimi qəbul etməyən Xatunu yalan danışmaqda günühlandırıb:

“Görünən dağa bələdçi lazım deyil. Hər kəsə yaxşı olmaq olmur. Zamanında mənim verilişimdə qonaq olub. O söhbətdən sonra mən də onun verilişinə getməmişəm”.

Bütün bunlara baxmayaraq, Murad Arif günahının olmadığını iddia edərək qarşı tərəfə barışıq addımı atmayacağını, amma Xatundan bu jesti gözlədiyini bildirib:

“Mən barışıq addımı atmayacağam. Çünki hesab edirəm ki, belə bir qəbahətim olmayıb. Dediyi mövzudan sonra mən ondan üzr istəmişəm. Həm orada, həm də bir məclisdə öpüşüb-görüşdük. Ondan sonra çıxıb maqazin verilişlərində bu barədə danışmaq onun öz seçimi idi. Etirafla gəlsə, mən də qucaq açaram. Mənim ürəyimdə inciklik yoxdur. Amma müəyyən məqamlar var ki, gərək onu o şəkildə etməyəydi. Mən heç vaxt kamera qarşısında qalmaqalla gündəmə gəlməmişəm, gəlməyəcəyəm də…”

Ümid edirik, tezliklə Xatun və Murad aralarındakı küsülülüyə son qoyub fəaliyyətlərinə davam edəcəklər.

Bununla bağlı süjetə aprelin 12-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
 

550 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 İyun




























4 İyun