Aktrisa filmə çəkilməyə hazırlaşır
Seda Sayan “O səs Türkiyə”dən getdi
Yeganə də maddi sıxıntı çəkir
Çağla Şikel villasını satışa çıxardı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Murad Dadaşovdan yeni “Maşın şou” açıqlaması: “Ciddi sahənin insanları iştirak üçün zəng edirlər” - məxsusi 

07-04-2018


Əməkdar Artist, sevilən şoumen Murad Dadaşov MUZ TV Azərbaycan kanalına yeni layihələi barədə özəl açıqlama verib.

Muztv.az xəbər verir ki, Murad Dadaşov “Maşın şou”nun fərqli simalar ilə başlaması barədə məlumat verib:

“May ayında “Maşın şou” başlayır. Maraqlı ad fikirləşmişik, təsdiqlənsin, onda deyəcəm. Hər kəsi başımıza toplayıb böyük təqdimat edəcəyik. Şounun özəlliyi ondan ibarətdir ki, bu dəfə çox fərqli ulduzlar dəvət edəcəyik. Hətta elə ciddi sahənin insanları zəng edib mənə dedilər ki, bu şouda iştirak etmək arzumuzdur. Mən buna çox təəccübləndim. Müğənni, aktyor deyillər. Onların adlarını eşidəcəksiniz, çox ciddi janrların insanlarıdır. Media aləminin üzvləridir. “Maşın” bu dəfə partladacaq (gülür)”.

Bundan əlavə, sevilən şoumen illər öncə yayımlanan və sevilən “Mərc şou”nu da bərpa edəcəyini söyləyib. O, yayım vaxtını da açıqlayıb:

“Böyük məmnuniyyət və sevgi ilə “Mərc şou”nu bərpa edəcəm. Şou sentyabr-oktyabr aylarında yayımlanacaq.  Bu dəfə veriliş üç fərqli aparıcı ilə təqdim olunacaq. Onlardan biri xanım, ikisi bəy olacaq. Ümidvaram, şou bu dəfə də yadda qalan olacaq. Bu ailəvi verilişdi, efir vaxtı 2 saatdan ibarət olacaq”.    

Xatırladaq ki, “Maşın” 16-ci sürəti adı ilə yayımlanacaq. Şounun 15-ci sürətinin qalibi isə müğənni Talıb Tale olmuşdu.

Bununla bağlı süjetə aprelin 7-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva 

950 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 İyun




























4 İyun