Aktrisa filmə çəkilməyə hazırlaşır
Yeganə də maddi sıxıntı çəkir
Çağla Şikel villasını satışa çıxardı
Reperlər maddi krizis yaşayırlar

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Aktyorluğa meyl edən müğənnilərin sayı artır - Elgün Hüseynov da bu sıraya qoşuldu - siyahı

07-04-2018


Müğənni Elgün Hüseynov MUZ TV Azərbaycan kanalına yeniliklərindən söhbət açıb.

Muztv.az xəbər verir ki, ifaçı yaxın zamanda aktyorluq edəcəyini xəbərini verib:

“Bu yaxınlarda komediya serialında çəkildim. Aktyorluğa başlamışam. Mən özüm aktyorluğu, eyni zamanda Dövlət Mədəniyyət və İncəsənət Universitetində dörd il Ramiz Əzizbəylinin kursunu bitirmişəm. Ona görə istəyirəm ki, aktyorluğumuda yavaş-yavaş nümayiş etdirim”.

Elgün Hüseynov yeni mövsümdə ekranlarda daha çox görsənəcəyini deyib:

“Tanınmış serialda rol alacam. Amma burda komediya yox dram var ona görədə ciddi obraz olacaq. Film təklifləri də olur”.

Xatırladaq ki, Elgün Hüseynovdan əlavə ifaçılardan İzzət Bağırov, Elvin Abdullayev, Elvin Elcan və başqaları da bu sahəyə maraq göstərdiklərini açıqlamışdılar.

Bununla bağlı süjetə aprelin 9-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyeva
Nilufər Məmmədli

1688 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 İyun


























4 İyun