Bella Hadid sevgilisi ilə dodaq-dodağa - foto
Aktrisa gizli ərə gedib
Modelin hovuz qarşısında çılpaq fotosu
Foksun yeni görünüşü bəyənilməyib - foto

Facebook instagram Twitter Youtube
BLOGGER

Nadir “TikTok”u tənqid edib

04-07-2022


"Bilmədiyim söyüşləri TikTok-da görürəm. 52 yaşlı kişi kimi o sözləri heç bilmirəm. Amma qadınlardan eşidirəm. O sözləri onlar haradan icad ediblər, o dərsi kim keçib? Qadın və söyüş... Biri var eşitdiyimiz yüngül, biri də var ağır (köklü) söyüşlər. TikTok abırsızlığı təbliğ edir". Mtv.az xəbər verir ki, bu sözləri “MTV Maqazin”ə açıqlamasında müğənni Nadir Qafarzadə deyib. Sənətçi bəzi tanınmış simaların pula görə “TikTok”da özlərini təlxək vəziyyətinə saldıqlarını vurğuluyub və onları tənqid edib: "Efirə çıxanda kişi-kişi danışırdılar. İndi baxırsan ki, TikTok-da oyun çıxarır. Deməli sən elə o imişsən, obraza girmişdin. Normal qadına və kişiyə orada hoqqa verib, oyun çıxarmaq yaraşmır. Tanınmışlar təlxəklik əvəzinə, işlərini reklam etsinlər. Mən də oraya 7-8 video yükləmişəm, amma təlxəklik, ucuzluq yoxdur. Maraq üçün girmişdim, yazdılar ki, imkan ver kasıblar qazansın. Ondan sonra girməmişəm və girməyəcəyəm. Allah mənə TikTok pulunu qismət etməsin. Etdiyi gün canımı alsın. Orada pul istədiyim gün yəqin ki, özümü asaram".

26 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti