BLOGGER
Bal ayı Aynişana düşmədi: xəstələndi və yıxıldı
24-03-2020

Əməkdar artist Aybəniz Haşımovanın bloqqer qızı Aynişan Quliyevanın başına iş gəlib.
Mtv.az xəbər verir ki, Aynişan bal ayından qayıdandan xəstə yatdığını bildirib.
Bu barədə "İnstaqram"da yazan Quliyeva eyni zamanda yıxıldığını da söyləyib: "Balidən gələndən xəstəyəm. Gələn kimi qızdırma, herpes. Elə təzəcə sağalırdım ki, evin içində ayağım sürüşdü faciəvi şəkildə yıxıldım. Sol tərəfim hələ də tam olaraq işləmir. Onun üstünə də yendiən qrip oldum. Gələndən savaşdayam".
Xatırladaq ki, Aynişan Kənan adlı fitnes müəllimi ilə ailə qurub. Cütlük bir neçə həftə əvvəl Balidən bal ayından qayıdıb.

255 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
28 Yanvar
27 Yanvar