Seda Sayan 7-ci dəfə boşanır
"Evliliyimi 30 il qoruya bildim..."
Bukmeykerlər kimi lider görür?
Hollivud ulduzunun rəsm əsərləri satılıb-foto

Facebook instagram Twitter Youtube
ARTNEWS

Xuraman böyük təhlükə yaşayıb

22-09-2022


"İki gün təzyiqim oynadı. Uzandıqda 85, başımı qaldırdıqda isə 135 olurdu. Beyin insultu keçirmək təhlükəsi yaşadım". Mtv.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı deyib. Sənətçi koronavirusa yoluxduqdan sonra səhhətində problem yaşadığını bildirib: "Bu günə qədər çox işləmişəm, əziyyətli həyatım olub. Baxdım ki, heç nəyin olmasın, amma sağlam olasan. Nəyin varsa, onlar sənə yük kimi görünür. Hətta övlad haqda da deyirsən ki, Allah ona yol açacaq, öz həyatını quracaq. Allah, mənə də sağlamlıq ver. İki gün yataq xəstəsi oldum. Dedim, dünyamı dəyişib cənnətə düşəcəyəmsə, məni belə saxlama. Amma ondan əvvəl nəfəsim gedib-gəlsin, övladlarıma nəzarət edim deyirdim. Belə halda onlara yük olmaq istəmirdim. Heç yoldaşım da qoymurdu ki, onlar məni o halda görsünlər. İki gün xəstə oldum, 3-cü gün isə məclis idarə etdim. Həkim demişdi ki, düzələcəksən. Bu koronavirusdan qalan fəsad idi".

82 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti