ARTNEWS
"Murda" ləqəbli repçi həbs olunub
17-05-2022

"Duman", "Eh baba", "Pahalı" adlı mahnılarıyla tanınan repçi "Murda" ləqəbli Öndər Doğan həbs olunub. Mtv.az xəbər verir ki, repçiyə mahnılarında narkotik maddəyə meyillilik yaratdığı iddiasıyla 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Doğanın vəkili qərara etiraz edəcəklərini bildirib. Xatırladaq ki, repçi ötən ilin noyabrında Türkiyədə hakim qarşısına çıxarkən izahatıyla hər kəsi təəccübləndirmişdi. "Murda" Hollandiya vətəndaşı olduğunu və narkotik maddələrin orada qanuni olduğunu söyləmişdi. Onun izahatından sonra repçinin xaricə çıxmaq üçün qoyulan qadağası ləğv olunmuş və yeni məhkəmə günü təyin olunmuşdu.
123 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
