Milan opera teatrı sənətçilərlə əməkdaşlığı dayandırıb

"Metropoliten-opera" musiqili teatrından sonra Milan opera teatrı "La Scala" rus sənətçilərlə əməkdaşlığı dayandırıb. Mtv.az xəbər verir ki, italiya mətbuatının məlumatına görə, Rusiyanın Xalq artisti Anna Netrebko 9, 12, 16 və 19-da keçiriləcək tamaşalarda iştirak etməyəcək. O, həyat yoldaşı Yusif Eyvazov (Xalq artisti) kimi məşqlərə çıxmayıb. Eyni zamanda, media teatrdakı mənbələrin Annanın səhhətinə görə məşqlərdə iştirak edə bilmədiyini və cərimə ödəməli olduğunu yazıb. Anna sözü gedən xəbəri sosial media hesabında paylaşaraq məlumatı təkzib edib: “Mən sağlamam, amma gəlməyəcəyəm". Həmçinin teatr “Пиковая дама” operasına dirijorluq etməyəcək rusiyalı dirijor Valeri Gergiyevin yerinə əvəzedici axtarır. Xatırladaq ki, "Metropoliten-opera"sı V.Gergiyevlə əməkdaşlığı dayandırıb. Bundan əlavə, dirijor Münhen Filarmonik Orkestrinin bədii rəhbəri vəzifəsindən kənarlaşdırılıb.

Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
