Seda Sayan 7-ci dəfə boşanır
"Evliliyimi 30 il qoruya bildim..."
Bukmeykerlər kimi lider görür?
Hollivud ulduzunun rəsm əsərləri satılıb-foto

Facebook instagram Twitter Youtube
ARTNEWS

Alina Paş Ukraynanı təmsil etməyəcək

11-03-2022


İtaliyanın Turin şəhərində keçirilməsi planlaşdırılan “Avroviziya-2022” mahnı müsabiqəsində bir neçə gün əvvəl həm münsiflərin, həm də xalqın səsi ilə birinci seçilən Alina Paş Ukraynanı təmsil etməyəcək. Mtv.az xəbər verir ki, buna səbəb isə Alinanın 2015-ci ildə Krıma baş çəkməsidir. Bu isə qaydalarla qəti şəkildə ziddir. Bununla yanaşı, müğənni Ukrayna sərhədini saxta arayışla keçməkdə günahlandırılır. Məlumata görə, aktrisa Krıma Rusiya hava yolları ilə gedib. Müsabiqənin təşkilatçıları sərhəd xidmətindən bunu təsdiq edən sənədi tələb etsələr də, bildirilib ki, məlumatlar yalnız beş il ərzində saxlanılır və həmin müddət artıq tamam olub. Paşanın özü isə saxta sənədə görə keçmiş direktorunu günahlandırıb. İttihamlardan sonra isə Alina sosial şəbəkədə müsabiqədən imtina etdiyini bildirib. Xatırladaq ki, Alina yarışmada Ukraynanı "Tini Zabutykh Predkiv" adlı mahnı ilə təmsil edəcəkdi. Yeni iştirakçının isə şənbə günü milli seçim prosesində iştirak edən digər finalçılar arasından seçilməsi planlaşdırılır.

155 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti