Sərdar Ortaçın külli miqdarda borcu var
Müğənni dırnaq boyası satacaq
Manija ailə qurmağa hazırlaşır - foto
Aktrisa gəlinlik geyinmək istəmir

Facebook instagram Twitter Youtube
ARTNEWS

Ülviyyə səhnədə ərini qısqanmır

14-10-2021


Məşhur cütlük Murad İsmayıl və Ülviyyə Xəlilbəyli televerilişin birində qonaq olublar.

Mtv.az xəbər verir ki, aktyor sənətdə həyat yoldaşına bəzi məhdudiyyətlər qoyduğunu açıqlayıb:

"Ailə həyatı qurmamışdan öncə yoldaşıma bəzi şərtlər qoymuşam. Çəkilməyinə icazə verəcəyəm və baxacağam necə olacaq. O bilirdi ki, məhdudiyyətlər olacaq. Rejissorlar da bilir ki, Ülviyyə çəkiləndə türk seriallarındakı kimi açıq-saçıq səhnələr olmayacaq. Ona görə də elə təklif də gəlmir. Hazırda "Qız atası" serialına çəkilir. Tərəf müqabili də var. Münasibətimiz də çox yaxşıdır. Hər şey çox normalıdır, sənətdədir".

Mövzu ilə bağlı danışan aktrisa isə ailəsinin sənətindən daha vacib olduğunu deyib: "Onun fikirləri ilə razılaşmışam. Amma hərdən aramızda bu mövzu ilə bağlı nəsə olur. Sonda fikirləşirəm ki, ailəm daha üstündür, ona görə də razılaşıram".

Ülviyyə səhnədə Muradı qısqanmadığını da vurğulayıb: "Çox olur ki, Muradın tamaşasından çıxandan sonra kimsə yaxınlaşır ki, "Necə dözürsən, necə icazə verirsən?". Özümü psixoloji hazırlayıram ki, o, səhnədə olanda mənim deyil, oradan enəndən sonra mənimdir. Ona görə də Murad nə oynasa, heç vaxt problem yaratmamışam".

30 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti