Aktrisa filmə çəkilməyə hazırlaşır
Yeganə də maddi sıxıntı çəkir
Çağla Şikel villasını satışa çıxardı
Reperlər maddi krizis yaşayırlar

Facebook instagram Twitter Youtube
ARTNEWS

Dram Teatrı tamaşalarını ru, ingilis dilində təqdim edir

06-05-2020


Akademik Milli Dram Teatrı onlayn tamaşalarını ingilis dilində subtitrlə təqdim edir.

Mtv.az xəbər verir ki, mayın 2-də ilk tamaşa kimi “Cəhənnəm sakinləri” səhnə əsəri təqdim olunub. Növbəti günlərdə tamaşaların subtitrlə rus dilində nümayişi də nəzərdə tutulub.

Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında həyata keçirilən tamaşaların onlayn nümayişi əvvəlcədən müəyyən edilmiş virtual repertuara uyğun olaraq, saat 12:00 və 19:00-da facebook sosial şəbəkəsində, eyni zamanda teatrın rəsmi internet saytı və “YouTube” kanalında təqdim olunur. İzləyicilər tərəfindən böyük maraqla qarşılanan tamaşalar ölkə daxilində olan teatrsevərlərlə bərabər Amerika, Türkiyə, Rusiya, İsrail, İngiltərə, Almaniya və başqa ölkələrdə yaşayan soydaşlarımız tərəfindən də baxılır.

Teatrın may repertuarında 28 tamaşanın nümayişi planlaşdırılır. Virtual repertuarda müxtəlif illərdə premyerası keçirilən, lakin hazırda cari repertuarda olmayan “Mesenat”, “Generalın son əmri”, “Özümüzü kəsən qılınc”, “Aydın”, “Mənim ərim dəlidir”, “Uçqun” və başqa tamaşalar da var.

Milli Teatrdan bildirilib ki, bu, “Evdə qal, özünü və yaxınlarını qoru”, “Biz birlikdə güclüyük” şüarları ilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə mədəniyyət ocağının rəhbərliyinin və kollektivinin mənəvi dəstəyidir.

Xatırladaq ki, Akademik Milli Dram Teatrı onlayn tamaşalarını “Sənət maneə tanımır” sloqanı ilə təqdim edir.

33 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 İyun


























4 İyun