Anar attestatımı 100 dollara alıb
Hadisə aktyordan ayrılıb?
Cəmilə ana olduqdan sonra xeyli arıqladı
Nilay üçün evlilik işə əngəl deyil - foto

Facebook instagram Twitter Youtube
ARTNEWS

İrəvan Teatrı Dərbənddə tamaşa göstərdi - foto

09-03-2020


C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Dərbənddə şair-dramaturq İftixar Piriyevin “Eşqin tikan dairəsi” əsəri əsasında hazırlanan tamaşanı təqdim edib.

Mtv.az xəbər verir ki, layihə dövlətlərarası mədəni əlaqələrin inkişafı və təbliğ edilməsi üçün C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı və Dərbənd Dövlət Azərbaycan Dram Teatrı arasında bağlanan memoranduma əsasən həyata keçirilib.

Dərbənd Dövlət Azərbaycan Dram Teatrında nümayiş olunan tamaşanın quruluşçu rejissoru və quruluşçu rəssamı Əməkdar artist Sərvər Əliyev, musiqi tərtibatçısı Nicat Mirzəzadədir. Rollarda İrəvan Teatrının aktyorları Pərvin Dadaşova, Anar Buludov, Dərbənd Teatrının aktyorları Dağıstanın Əməkdar artistləri Məhərrəm Ömərov, Mahir Məlikov və Rahilə Ömərova çıxış ediblər.

Səhnə əsərinin nümayişindən sonra Dağıstan Respublikası Mədəniyyət nazirinin müavini Murad Hacıyev və Dağıstan Dövlət Rus Dram Teatrının bədii rəhbəri və Kumuk Dram Teatrının direktoru, Rusiyanın Əməkdar incəsənət xadimi Skandarbek Tulparov çıxış edərək tamaşa haqqında fikirlərini bölüşüb və səhnə əsərinin yaradıcı heyətinə uğurlar arzulayıblar.







112 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
14 İyul














13 İyul