Səmra Rəhimli videoya görə tənqid olundu - foto
Till Lindemann koronavirusa yoluxmayıb
Natavan Dado haqqında danışmaq istəmədi
Aktyor ata olmağa hazırlaşır

Facebook instagram Twitter Youtube
ARTNEWS

İrəvan Teatrı Bərdədə qastrolda oldu - foto

25-02-2020


Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş, şair-dramaturq İftixarın “Haqq mənəm” tamaşası ilə Bərdə rayonunda qastrol səfərində olub.

Mtv.az xəbər verir ki, Bərdə rayon Mədəniyyət Mərkəzində nümayiş olunan tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Tamaşanın quruluşçu rejissoru, quruluşçu rəssamı və xoreoqrafı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.

Rollarda Əməkdar artist Sərvər Əliyev, aktyorlar Natiq Həziyev, Bəhruz Hikmətoğlu, Məhərrəm Musayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Əmrulla Nurullayev, Anar Buludov, Zəki Fətəliyev, Arzuman Tanrıverdi, Samir Əliyev, Rövşən Cəfərov, Fərid Vəliyev və Güney Əliyeva çıxış ediblər.

Nəsimi poeziyası əsasında yazılan “Haqq mənəm” adlanan əsər Nəsimi dünyasının, Nəsimi dövrünün ruhunu tamaşaçıya çatdırır.







40 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30 Mart


















29 Mart