Dünya gözəlini heç kim tanımadı - foto
 Tunar dost ölkənin şou-biznesinə qatılır
Serialın adı dəyişdirildi
Azərbaycan və Türkiyə konsertlərini müqayisə etdi

Facebook instagram Twitter Youtube
ARTNEWS

İrəvan teatrının qastrolu başa çatdı - foto

28-12-2019


Mədəniyyət Nazirliyi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirir. Bu tədbirlər planı çərçivəsində bölgələrdə yerli icra hakimiyyəti orqanları ilə birgə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı şair-dramaturq İftixarın “Haqq mənəm” tamaşası ilə dekabrın 25-dən 26-dək Balakən və İmişli rayonlarında qastrol səfərində olub.

Mtv.az xəbər verir ki, dekabrın 25-də Balakən rayon Mədəniyyət Mərkəzi və 26-da İmişli rayon Mədəniyyət Mərkəzində nümayiş olunan səhnə əsəri teatrsevərlər tərəfindən alqışlarla qarşılanıb.

Tamaşanın quruluşçu rejissoru, quruluşçu rəssamı və xoreoqrafı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.

Rolları Əməkdar artist Sərvər Əliyev, aktyorlar Natiq Həziyev, Bəhruz Hikmətoğlu, Məhərrəm Musayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Əmrulla Nurullayev və başqaları ifa ediblər.



342 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 Yanvar


















23 Yanvar