ARTNEWS
Milli Dram Teatrı Yeni il şənlikləri keçirir - foto
28-12-2019

Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq.
Mtv.az xəbər verir ki, bu münasibətlə “Şaxta Baba və Befan nənələr" adlı səhnə əsəri hazırlanıb. Səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Emil Əskərov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Xanım Həsənovadır.
Tamaşada Əməkdar artistlər Mətləb Abdullayev, Əlfida Cəfərov, Mehriban Xanlarova, Sevinc Əliyeva, aktyorlar Fəridə Şahbazova, Dilarə Nəzərova, Vüsal Mustafayev və başqaları çıxış edirlər.
Yeni il tamaşası bu gündən başlayaraq yanvarın 6-dək nümayiş olunacaq. Səhnə əsəri müvafiq olaraq 10:00, 12:00, 14:00, 16:00-da oynanılacaq.




324 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 Yanvar
23 Yanvar