Dünya gözəlini heç kim tanımadı - foto
 Tunar dost ölkənin şou-biznesinə qatılır
Serialın adı dəyişdirildi
Azərbaycan və Türkiyə konsertlərini müqayisə etdi

Facebook instagram Twitter Youtube
ARTNEWS

“Toya bir gün qalmış” 40-cı dəfə oynanıldı - foto

21-12-2019


Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” ikihissəli komediyası 40-cı dəfə nümayiş olunub.

Mtv.az xəbər verir ki, tamaşaçıların hər dəfə böyük maraq və rəğbətlə qarşıladığı bu tamaşa 2015-ci ildən teatrın repertuarındadır və artıq neçə ildir uğurla nümayiş olunur. Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər - Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.

Səhnə əsərində Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artistlər Ələkbər Əliyev, İqrar Salamov, aktyorlar Möylə Mirzəliyev, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Gülcahan Salamova, Əliməmməd Novruzov, Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Fərid Rzayev də çıxış ediblər.

Süjet xətti gözlənilməz və maraqlı situasiyalarla zəngin səhnə əsərində aktyorların məharətli çıxışı tamaşanı baxımlı dib, səhnə əsəri maraqla qarşılanıb.





271 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 Yanvar


















23 Yanvar