Sərdar Ortaç qumarda 120 min dollar uduzdu
Aktrisa ərinə yemək bişirmək üçün dərs alır
Əməkdar artistin yeni bığı bəyənilmədi
Aktrisa reklama çəkilir

Facebook instagram Twitter Youtube
ARTNEWS

Opera və Balet Teatrında “Şəhrizad” baleti oynanıldı

15-10-2019


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Nikolay Rimski-Korsakovun musiqisi əsasında səhnələşdirilmiş “Şəhrizad” baleti nümayiş olunub.

Mtv.az xəbər verir ki, müəllifi məşhur xoreoqraf Mixail Fokin olan səhnə əsərində əsas partiya - Zübeydə rolunu ilk dəfə balet truppasının aparıcı solisti, Əməkdar artist Cəmilə Kərimova ifa edib. Səhnə əsərində, həmçinin Əməkdar artist Makar Ferştandt, solistlər Timur Oduşev, Dilarə Mehdiyeva, Dinara Şirinova və başqaları çıxış ediblər.

Balet bəstəkarın 1888-ci ildə yazdığı eyniadlı simfonik süitası əsasında tamaşaya qoyulub.

Səhnə əsəri Xalq artisti, professor Yalçın Adıgözəlov tərəfindən idarə olunub.

45 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Noyabr


17 Noyabr