Türkiyəli aktyor “Emmy”də münsif oldu 
Castin 7 illik həyat yoldaşından üzr istədi - foto
Zamiq pəhriz sirrini açdı
Müğənni 7 dəfə plastik əməmliyyat etdirdi

Facebook instagram Twitter Youtube
ARTNEWS

“Şirinlər” növbəti dəfə səhnəyə çıxacaq

01-10-2019


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında P.Kullifordun “Şirinlər” pyesi əsasında eyniadlı tamaşa nümayiş ediləcək.

Mtv.az xəbər verir ki, oktyabrın 12-də göstəriləcək tamaşada xeyirxahlıq, insanların bəd əməllərdən uzaqlaşdırılması, hər kəsin dost və mehribanlıq şəraitində yaşaması kimi nəcib hisslər aşılanır.

Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Şahin Hüseynli, kostyum üzrə rəssamı Yekaterina Bıçkovadır. Səhnə əsərinin musiqi tərtibatını İradə Muradova hazırlayıb, tamaşanın plastik həlli Ceyhun Dadaşovundur. Rolları Əməkdar artistlər Rasim Cəfər, Şəfəq Əliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Rəşad Səfərov, Elnur Hüseynov, Zemfira Əbdülsəmədova, Günel Məmmədova, Asya Atakişiyeva, Xəyalə Meydanova, Nuranə Hüseynova, Anar Seyfullayev və başqaları ifa edəcək.

Xatırladaq ki, “Şirinlər” belçikalı rəssam Pyer Kullifordun hazırladığı cizgi romanıdır və onun əsnasında çəkilmiş animasiyadır. 1958-ci ildə tamamlanmış cizgi romanı 1981-ci ildən animasiya filmi olaraq ekranlara çıxıb. Yayımlandığı andan etibarən geniş tamaşaçı auditoriyasının marağına səbəb olan bu cizgi serialı dünyanın bir çox ölkələrində müxtəlif dillərdə ekranlaşdırılıb.

82 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
11 Dekabr


10 Dekabr