Model sevgilisinin şalvarını geyinir
Hollivud ulduzu 64 yaşında evlənir
 Pərvin Abıyeva kreditlə ev alıb
Lətifənin geyimlərinə nənəsi nəzarət edir

Facebook instagram Twitter Youtube
ARTNEWS

Gənc Tamaşaçılar Teatrı rusdilli tamaşaçılarını unutmadı

22-09-2019


Gənc Tamaşaçılar Teatrında Y.Etin və V.Livanovun “Bremen musiqiçiləri” pyesi əsasında hazırlanan eyniadlı tamaşa sentyabrın 22-də rus dilində təqdim ediləcək.

Mtv.az xəbər verir ki, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan səhnə əsərində rəsmlərin quruluşu Telman Şıxıyevə, musiqi tərtibatı isə İradə Muradovaya məxsusdur.

Rejissoru Gülnar Hacıyeva olan tamaşada rolları aktyorlar Anar Seyfullayev, Aygün Fətullayeva, Elşən Şıxəliyev, Bəhram Həsənov, Xaliq Bəkirov, Eyvaz İbrahimov və başqaları ifa edəcək.

“Bremen musiqiçiləri” iki gəncin saf sevgisindən bəhs edən həzin bir nağıldır. Ən fərqli nəsillərin maraq göstərdiyi bu əsər həqiqətən saf duyğular, isti hisslər yaradır.

248 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30 May














29 May