Serialda rol almasını istəmədilər
Könülün şəkli maraqla qarşılandı
Elton efirə çıxmamasının səbəbini açıqladı
Aktyorlara gələn reklam təklifləri artır

Facebook instagram Twitter Youtube
ARTNEWS

Kukla Teatrı yeni mövsümü açdı

17-09-2019


Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yeni mövsümü açıq elan edib.

Mtv.az xəbər verir ki, əvvəlcə teatrın tamaşaçıları “Cırtdan”a Azərbaycan dilində baxıblar. Sənət ocağı rusdilli tamaşaçılar üçün isə “Üç cəsur”u təqdim edib. Şair-dramaturq, uşaqların sevimli müəllifi Mirmehdi Seyidzadənin eyniadlı mənzum nağıl-pyesi əsasında hazırlanan “Cırtdan”nın (səhnələşdirəni Rəhman Əlizadə) quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Xalq artisti Oqtay Zülfüqarovdur.

Müxtəlif kukla texnikalarının istifadə olunduğu birhissəli kukla tamaşasında rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Rəhilə İbadova, Araz Həsənli, Elnur Xəlilov, Adil Dəmirov, Aygül Ağayeva, Vüsal Hüseynov və Aslan Fətullayev ifa edib.

248 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
4 İyun


























3 İyun