Aktrisa “Ferhat ile Şirin”də rol alacaq
Aysel iddialara cavab verdi
Lolitanın əri ilə ayrılıq səbəbi bəlli oldu
Dünya şöhrətli aktyor bənzərsiz olmaq istəyir

Facebook instagram Twitter Youtube
ARTNEWS

“Leyli və Məcnun” repertuara salındı

14-09-2019


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində özünəməxsus yer tutan “Leyli və Məcnun” operası növbəti dəfə repertuara salınıb.

Mtv.az xəbər verir ki, sənət ocağının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda təqdim ediləcək səhnə əsəri Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində izləniləcək.

Sentyabrın 29-da nümayiş olunacaq və 2 saat 30 dəqiqə davam edəcək operada Məcnun obrazını Xalq artisti Mənsum İbrahimov, Leylini isə Əməkdar artist Arzu Əliyeva canlandıracaq.

Xatırladaq ki, müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” ilk dəfə olaraq dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb. Opera elə həmin il yanvarın 12-də ilk dəfə səhnəyə qoyulub.

59 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Oktyabr


























20 Oktyabr