Firuzə İbadova qızına xoş sözlər yazdı
Mövsümü “Qızıl balıq”la açacaq
Hollivud ulduzu lüt şəkil çəkdirdi
Brilliantın oğlu “Allah qismət edəndə” evlənəcək

Facebook instagram Twitter Youtube
ARTNEWS

“İt gəzdirən xanım” təqdim olunacaq

07-09-2019


Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi yeni tamaşalardan olan “İt gəzdirən xanım”ı təqdim edəcək.

Mtv.az xəbər verir ki, A.P.Çexovun eyniadlı hekayəsi əsasında hazırlanan səhnə əsəri sentyabrın 26-da tamaşaçıların ixtiyarına veriləcək.

Leyla Atayevanın quruluşunda baxılacaq tamaşada rəsmlərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq artisti Bəxtiyar Xanızadəyə məxsusdur.

Səhnə əsərində rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandıracaq.

Xatırladaq ki, A.P.Çexovun “İt gəzdirən xanım” hekayəsi əsasında 1960-cı ildə “Lenfilm” kinostudiyasında eyniadlı film də ekranlaşdırılıb.

30 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20
















19