Modelə 24 ay həbs cəzası verildi
Ed Şiranson on ilin ən yaxşı ifaçısı adını qazandı
Nigar Camal Cennifer Lopesin yolunu getdi - foto
Hadisənin transparan geyim i bəyənildi - foto

Facebook instagram Twitter Youtube
ARTNEWS

Bakı Uşaq Teatrı mövsümə yekun vurdu

19-07-2019


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) tamaşa salonunda mövsümə yekun vurub.

Mtv.az xəbər verir ki, teatrın direktoru, Əməkdar artist İntiqam Soltan öncə dolğun keçən mövsümə qısa nəzər salıb. Yeni mövsüm vədlərinin ardınca il ərzində yaradıcı fəaliyyəti ilə seçilən, eləcə də teatra dəstək olan, onun təbliğatı işini quran bir neçə şəxsə təsis etdikləri “Gümüş körpə” mükafatı verilib.

Sonda tamaşaçılar müasir dövrün qlobal problemlərindən olan insan alverinin fəsadlarına həsr olunan “Günahsız günahkarlar” tamaşasına baxıblar.

Tamaşa gənclər arasında yayılmış “mafiya” oyunu üzərində qurulub. Gənclər bu oyun sayəsində özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanına çevrilirlər. Kimisi yüksək gəlirli iş, kimisi ailə qurmaq adı ilə aldadılıb xaricə aparılaraq fiziki və cinsi istismara məruz qalır, kimisi orqan transplantasiyasının qurbanı olur. Bəs bütün bu oyunları quran kimdir? Gənclər insan alveri haqqında nələri bilməlidirlər? "Günahsız günahkarlar" tamaşası bu suallara cavab üzərində qurulub. Özlüyündə bir sıra ağır məqamlara aydınlıq gətirən dramatik sonluqlu tamaşa alqışlarla qarşılanıb.

196 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Dekabr






























15 Dekabr