Ed Şiranson on ilin ən yaxşı ifaçısı adını qazandı
Nigar Camal Cennifer Lopesin yolunu getdi - foto
Hadisənin transparan geyim i bəyənildi - foto
Dünya şöhrətli aktrisa dünyasını dəyişdi

Facebook instagram Twitter Youtube
ARTNEWS

Musiqili Teatr 109-cu mövsümə yekun vurdu - foto

15-07-2019


Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 109-cu mövsümünə yekun vurub.

Mtv.az xəbər verir ki, sənət ocağı mövsümü milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə dahi Üzeyir Hacıbəylinin ölməz əsəri – “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası ilə bağlayıb.

Əsrlərin sınağından çıxmış bu səhnə əsəri uzun illər müxtəlif rejissorların təqdimatında nəinki ölkəmizin, həmçinin dünyanın bir çox teatrlarında göstərilib və böyük rəğbətlə qarşılanıb.

Xatırladaq ki, sonuncu quruluşun premyerasından – 1998-ci ilin dekabr ayından indiyə qədər teatrın repertuarında uğurla nümayiş olunan tamaşanın rejissoru Xalq artisti Cənnət Səlimovadır.

Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatına layiq görülmüş bu tamaşada Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artistlər – Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasıyev, aktyorlar – Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Səməd Xasıyev, Telnaz Hüseynova, Elməddin Dadaşov, Fərid Rzayev, Aydan Həsənova, Təranə Əliyeva, Rüstəm Rüstəmov, Əli Kərimov, Murad Əliyev və başqaları çıxış ediblər.

Aktyorların məharətli çıxışı, səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.





168 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Dekabr




























15 Dekabr