Kayahanın xanımı musiqiçi ilə evləndi
"Sezen Aksunu çılpaq gördüm" - modelyer
Səmranı makiyajsız halda görün - foto
Aktrisa ərinə hədik apardı - foto

Facebook instagram Twitter Youtube
ARTNEWS

Kukla Teatrı 87-ci mövsümə yekun vurdu

12-07-2019


Yaradıcılıq baxımından səmərəli fəaliyyəti ilə seçilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 87-ci teatr mövsümünə yekun vurub.

Mtv.az xəbər verir ki, ənənə halını alan bu təntənəli bağlanış mərasimində əvvəlcə mövsüm ərzində əldə olunan uğurların, yaradıcılıq planı üzrə görülən işlərin hesabatı da verilib. Sonra məhsuldar səhnə nümunələri sərgiləyən yaradıcı heyətin mükafatlandırılması mərasimi keçirilib. Teatr əməkdaşlarının stimullaşdırılması, onların illik fəaliyyətinə rəmzi qiymətin verilməsi məqsədilə keçirilən bu mərasimdə ilin ən yaxşı tamaşası, ən yaxşı aktyor və aktrisası, ən məhsuldar əməkdaşı, eləcə də uğurlu debütü, perspektivli işçisi kimi bir sıra digər nominasiyalarda seçilənlər elan olunub.

Teatrın truppası ilə yanaşı, onun nəzdindəki “Oyuq” teatr-studiyasında fərqlənməyi bacaran balacalar da öz mükafatlarını alıblar.

Tədbirdə teatrın fəaliyyətini daha geniş şəkildə işıqlandıran, sənət ocağının yaradıcılığı ilə ictimaiyyəti daha yaxından tanış edən kütləvi informasiya vasitələri təmsilçiləri “Teatrın dostu” nominasiyası ilə mükafatlandırılıb.

Mərasimdə repertuardakı seçkin və yeni tamaşalardan səhnəciklər, “Oyuq“ teatr-studiyasının istedadlı ifaçılarının təqdimatında musiqi çələngi təqdim olunub.

162 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20








































19