Təranə Qumral  istirahət xərcini açıqladı
İrlandiyalı model qaralmaq istəyir
Ledi Qaqa gözəllik brendini təqdim etdi - foto
Xalq artisti "Нежная" klipini təqdim etdi - video

Facebook instagram Twitter Youtube
ARTNEWS

“Adamlar və siçanlar” nümayiş olundu

08-07-2019


Əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv “ƏSA” Teatrının hazırladığı “Adamlar və siçanlar” tamaşası Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunub.

Mtv.az xəbər verir ki, tamaşanın ideya müəllifi olan teatrın baş meneceri Nicat Qulam teatrla ədəbiyyatın vəhdətini təşkil etmək naminə tamaşaçılara yeni təklif hazırladıqlarını bildirib. Qeyd olunub ki, “ƏSA” Teatrının Akademik Rus Dram Teatrının səhnəsində nümayiş etdirdiyi “Adamlar və siçanlar” tamaşasına bir bədii kitab gətirən tamaşaçıya bir bilet verilib. “1 kitab - 1 bilet” kampaniyasının məqsədi ədəbiyyatla teatrın “oxucu – tamaşaçı” tandemini formalaşdırmaq, kitabsevərlərin teatra marağını artırmaqla yanaşı, teatr həvəskarlarının mütaliəyə marağını yüksəltməkdir. Bilet əvəzinə verilən kitablar növbəti mövsümdən etibarən mütəmadi olaraq “ƏSA” Teatrının tamaşaçılarına hədiyyə olunacaq.

Qeyd edək ki, tamaşa dünya şöhrətli Amerika yazıçısı, Nobel və Pulitzer mükafatı laureatı Con Steynbekin “Siçanlar və adamlar haqqında” povestinin motivləri əsasında hazırlanıb. İnsanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətləri aşılayan tamaşanın premyerası ötən il dekabrın 19-da Akademik Opera və Balet Teatrında ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə reallaşıb. Ölkə ictimaiyyətinin rəğbətlə qarşıladığı “Adamlar və siçanlar” tamaşası bu dəfə fərqli quruluşda hazırlanıb.

46 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 İyul


























22 İyul